Nazirlik yanında İctimai Şuranın yeni tərkibi açıqlanıb

Nazirlik yanında İctimai Şuranın yeni tərkibi açıqlanıb
  31 Yanvar 2019    Oxunub:1954
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, aşağıda adları qeyd olunan şəxslər İctimai Şuraya üzv seçiliblər:

1. Ağayev Qorxmaz Siracəddin oğlu - “Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi

2. Eyvazov Taryel Əli oğlu - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi

3. Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi

4. Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi

5. Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi

Qeyd edək ki, İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.

Azvision.az


Teqlər: SəhiyyəNazirliyi  





Xəbər lenti