Azərbaycanda bu xəstəliyə yoluxanların sayı azalıb

   Azərbaycanda bu xəstəliyə yoluxanların sayı azalıb
  31 Yanvar 2019    Oxunub:2052
Ötən ilin yanvar-noyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyozla xəstələnmə halları 36,3, hepatit A virusu ilə 26, 3, hepatit C virusu ilə 20,7, skarlatina ilə 18,8, kəskin bağırsaq infeksiyaları ilə 15,6, hepatit B virusu ilə 6,7, suçiçəyi ilə 0,9 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, həmin dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 37,5, hepatit A virusu üzrə 33,3, hepatit C virusu üzrə 21,1, skarlatina üzrə 18,7, kəskin bağırsaq infeksiyaları üzrə 16,1, hepatit B virusu üzrə 7,1, suçiçəyi üzrə 1,4 faiz azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı qoturluq, qonokokk infeksiyası, immun çatışmazlığı virusunun törətdiyi xəstəliklər, brusellyoz və sifilislə xəstələnənlərin sayında artım müşahidə olunur.

Azvision.az



Teqlər: DSK  





Xəbər lenti