“Sığorta kənd təsərrüfatında vacib məsələdir” - Eldar Quliyev

“Sığorta kənd təsərrüfatında vacib məsələdir” -    Eldar Quliyev
  31 Yanvar 2019    Oxunub:1698
“Sığorta hər sahədə olduğu kimi, kənd təsərrüfatında da vacib məsələlərdəndir. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar bundan yararlanarlar”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Eldar Quliyev deyib.

“Azərbaycanın iqlimi o qədər dəyişikliyə məruz qalmır, amma ölkəmizdə subasma hadisəsi baş verir, dolu düşür və digər neqativ hallar olur. Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Ümid edirəm ki, yaz sessiyasında bu qanun layihəsi qəbul ediləcək”, - deyə E.Quliyev vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Sığorta   Qanun  





Xəbər lenti