Növbəti hərbi xidmətə çağırış başa çatıb

Növbəti hərbi xidmətə çağırış başa çatıb
  31 Yanvar 2019    Oxunub:1760
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Azvision.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb.

Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə, böyük ruh yüksəkliyi ilə yola düşüblər. Respublikanın bütün şəhər və rayonlarında yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib.

Sərəncama əsasən, 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 26 noyabr 2018-ci ildə Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Azvision.az


Teqlər: Hərbi-Xidmət  





Xəbər lenti