Qazaxıstan Xəzərin statusu haqqında konvensiyanı təsdiqlədi

  31 Yanvar 2019    Oxunub : 1874
 Qazaxıstan Xəzərin statusu haqqında konvensiyanı təsdiqlədi
Qazaxıstanın parlamentinin Senatı plenar iclas zamanı Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya edib.
Azvision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin aşağı palatası ötən ilin sonunda konvensiyanı təsdiq edib. Senat eyni zamanda Qazaxıstan və Rusiya arasında Xəzərin dibinin bölünməsi haqqında razılaşmaya əlavələrin təsdiqi haqqında qanun layihəsini də qəbul edib.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında təsdiq edilib. Beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırılıb.

Azvision.az

Teqlər: Qazaxıstan   Xəzər