“Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü alqışlayırıq” - Qriqori Karasin

 “Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü alqışlayırıq” -  Qriqori Karasin
  30 Yanvar 2019    Oxunub:3037
“Əlbəttə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğuladıq. Bunun üzərində ATƏT-in Minsk qrupunun həmsədrləri işləyir. Qarşıda yeni görüşlər gözlənilir. Hesab edirəm ki, görüşlər müxtəlif səviyyədə - ölkə liderləri, XİN rəhbərləri səviyyəsində olacaq. Bütün görüşlər substantiv, konkret nəticə verməsi, işləri irəli aparması üçün yaxşı hazırlanmalıdır”.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda jurnalistlərə açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Q.Karasin bildirib ki, Dağlıq Qarabağ ətrafındakı beynəlxalq vəziyyətin sabit olması mühüm əhəmiyyət kəsb edir: “Sabitliyin intensiv xarakter almasını müsbət qarşılayırıq. Bunu davam etdirmək lazımdır. Bu mənada beynəlxalq cəmiyyətə konsensus mövcuddur. Bütün həmsədr ölkələr hesab edir ki, güc tətbiq etmə ssenariləri qətiliklə istisna edilməlidir”.

“Bu il münaqişənin həllində hər hansı bir irəliləyiş gözlənilirmi” sualına cavabında Karasin deyib: “Bu çox çətin məsələdir. Əlbəttə, hamı münaqişənin nizamlanmasında sürətli irəliləyişin olmasını istəyir. Amma realist olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyi ilə ən əsası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara ümid etmək lazımdır”.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   XİN   Qarabağ  





Xəbər lenti