Dünyanın ən təhlükəsiz ölkələri - SİYAHI

   Dünyanın ən təhlükəsiz ölkələri -    SİYAHI
  30 Yanvar 2019    Oxunub:3542
“Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini hazırlayıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib.
Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib.

ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib.

Azvision.az



Teqlər: Dünya   Ölkə  





Xəbər lenti