Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür
  28 Yanvar 2019    Oxunub:1824
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun doğum günüdür.
Azvision.az xəbər verir ki, Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, C.Naxçıvanski adına Hərbi Məktəbi, Vladiqafqaz və Saratov şəhərlərində ali hərbi təhsil alıb, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edib. 1992-ci ildə Azərbaycana qayıdıb, Şuşa istiqamətində topçu zabit kimi şücaətlə vuruşub, ad qazanıb. 1992-ci il mayın 15-də Turşsu-Zarıslı istiqamətindəki döyüşdə onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.

Azvision.az



Teqlər: Milli-Qəhrəman  





Xəbər lenti