Bərdədə ehtiyata buraxılan gəncləri qarşıladılar - FOTO

Bərdədə ehtiyata buraxılan gəncləri qarşıladılar -  FOTO
  26 Yanvar 2019    Oxunub:3831
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bərdə rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Xidmətin mətbuat mərkəzindən Azvision.az -a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. SHXÇDX-nin Bərdə rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyev çıxışında qeyd edib ki, vətənpərvər ruhda yetişdirilmiş ölkə gəncliyi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedir və nümunəvi xidmətləri ilə fərqlənirlər.



Rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib.



Tədbirdə çıxış edən gənclər, onların valideynləri və veteranlar Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətin vətəndaşlıq borcu və hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindir.





Azvision.az



Teqlər: SHXÇDX  





Xəbər lenti