CinemaPlus-da “Taxi Liza” filminin təqdimatı baş tutub

CinemaPlus-da “Taxi Liza” filminin təqdimatı baş tutub
  24 Yanvar 2019    Oxunub:1531
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Taxi Liza” filminin təqdimatı keçirilib.
Kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilib. Həmçinin musiqi, furşet və içkilər var idi. Həmin gecənin qonaqları aktyorlat, rejissorlar, prodüsserlar və media nümayəndələri olublar.

Filmin prodüseri Vüqar Əliyev, rejissorlar Pərviz Həsənov və Cabir Hacıyev, quruluşçu rejissor Rövşən Ağayev, rejissor asistenti Sevda Əzizova, quruluşçu operator Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, rəssam Tural Məmmədov, quruluşçu rəssam Arif Niftiyev, geyim üzrə rəssam Aynur Bəhrəmova, qrim üzrə rəssam Eldar İsrafilov, səs rejissoru Sergey Nutrinenko, səs operatoru Emin Mahmudov, icraçı produsserlər Əlibala Rəhimov və Hüseyn Quliyev.

Filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Qısaca məlumat: Dursun taksi sürücüsüdür –görünüşü müasir, özü isə elə alışdığımız. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.

Film yanvarın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, kafe “Kolorit”, “Yol Nişan”, Red Bull və Ganja Sharab dəstək olublar.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Azvision.az




Teqlər:





Xəbər lenti