Nazir müavini deputatların narazılığına münasibət bildirib

  Nazir müavini deputatların narazılığına münasibət bildirib
  25 Yanvar 2019    Oxunub:3558
“Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılır”.
Bunu Azvision.az -a açıqlamasında əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli deyib.

Əhaliyə verilən heyvanlarla bağlı millət vəkillərinin tənqidlərinə münasibət bildirən M.Kərimlinin fikrincə, bütün tərəflər çalışmalıdır ki, özünüməşğulluq proqramı uğurla icra olunsun:

“Bu, prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən sosial layihədir. Layihə barədə hər hansı fikirlər varsa, biz həmin fikirlərin konstruktiv dialoq şəkilində həllini tapmasının tərəfdarıyıq”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında deputatlar Musa Quliyev və Araz Əlizadə özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı bəzi hallarda narazılığın olduğunu bildiriblər. Deputatlar buna görə nazirliyi ittiham ediblər.

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Mətin-Kərimli  





Xəbər lenti