“Gənclər evi”ndə hansı xidmətlərin göstərilməsi müəyyənləşib

 “Gənclər evi”ndə hansı xidmətlərin göstərilməsi müəyyənləşib
  25 Yanvar 2019    Oxunub:3073
Azərbaycanda “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib.
Azvision.az xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə əlavə edilən 6-cı bəndə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər
göstərilir:

1.Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi,

2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi,

3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi,

4.Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi,

5.Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi,

6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi,

7.18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir: Onlara tütün məmulatlarının, spirtli və enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması.

Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Gənclər-Evi  





Xəbər lenti