Oğurluğa cəhd edən iş başında yaxalandı

Oğurluğa cəhd edən iş başında yaxalandı
  24 Yanvar 2019    Oxunub:2352
Yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti