Maduroya qarşı etirazlar səngimir: Qumbaralardan istifadə edildi

Maduroya qarşı etirazlar səngimir:  Qumbaralardan istifadə edildi
  24 Yanvar 2019    Oxunub:2016
Venesuelada prezident Nikolas Maduro əleyhinə davam edən etirazlar güclü partlayışlar və polislə nümayişçilər arasında şiddətli toqquşması ilə müşayiət olunur.

Azvision.az xəbər verir ki, bu barədə “TVV” telekanalı məlumat yayıb.
Bildirilir ki, Karakasın Petare rayonundakı körpüdə partlayışlar baş verib. Etirazları yatırmaq üçün polisin gözyaşardıcı qaz bombası və qumbaralardan istifadə etdiyi deyilir.

Ötən gündən başlayan kütləvi aksiyalar zamanı polislə qarşıdurma nəticəsində artıq 16 nəfər ölüb. 21 yanvardan etibarən həbs edilənlərin sayı isə 220-yə çatıb.

Qeyd edək ki, dünən Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifətin lideri Xuan Quaydo müvəqqəti hökumətin fəaliyyəti müddətində özünü dövlətin müvəqqəti rəhbəri elan edib. ABŞ və “Lima qrupu”nun 11 dövləti də (Kanada, Argentina, Braziliya, Kolumbiya, Çili, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru, Kosta Rika) Quaydonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıblar.

Venesuelanın leqitim prezidenti Nikolas Maduro isə Quaydonu ABŞ-ın kuklası adlandırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Venesuela   Limaqrupu   ABŞ  





Xəbər lenti