“Qardaşım! Dik dur, yanındayıq” - Ərdoğandan Maduroya dəstək

  “Qardaşım! Dik dur, yanındayıq”  - Ərdoğandan Maduroya dəstək
  24 Yanvar 2019    Oxunub:3683
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduroya zəng edərək dəstək nümayiş etdirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın “Twitter”də məlumat yayıb.

İ.Qalın #WeAreMADURO həştəqi ilə etdiyi paylaşımında qeyd edib: “Prezidentimiz Venesuela dövlət başçısı Nikolas Maduroya zəng edərək Türkiyənin dəstəyini ifadə edib - Maduro qardaşım! Dik dur, yanındayıq”.

Maduro isə xalq qarşısında etdiyi çıxışında bildirib: “Türkiyə prezidenti mənə zəng edib. Türkiyə xalqı Venesuela xalqının yanındadır. Bu gün tarixi bir gündür”.

Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronun yanında olduqlarını açıqlayıblar.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Maduro   Ərdoğan   Türkiyə  





Xəbər lenti