“Azərsu” yeni elektron xidmət istifadəyə verib

“Azərsu” yeni elektron xidmət istifadəyə verib
  22 Yanvar 2019    Oxunub:5826
“Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.
ASC-dən Azvision.az -a bildirilib ki, bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar “www.azersu.az” saytında “Su sayğaclarının quraşdırılması müraciəti” bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PIN kodu ilə giriş əldə etməlidir. Müraciət edən şəxs tərəfindən abonent kodu, müraciətin səbəbi, əlaqə telefonu, elektron poçt ünvanı, müraciətlə bağlı qeydlər elektron formada daxil edilməlidir. Məlumatlar sistemə elektron formada daxil edilməlidir. Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılır və sorğunun icrasından imtina edilir.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Burada müvafiq iş əmri yaradılaraq müraciət icraya yönəldilir. İş icra edildikdən – sayğac quraşdırıldıqdan sonra iş əmri (sayğac quraşdırma aktı) tərtib edilir və bir nüsxəsi abonentə təqdim edilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

Hazırda bu xidmətin “Elektron hökumət” portalına www.e-gov.az inteqrasiyası üzərində iş aparılır. Yaxın gələcəkdə vətəndaşlar www.azersu.az saytı ilə yanaşı, www.e-gov.az portalı vasitəsilə də bu xidmətdən istifadə edə biləcəklər.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti