“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya yönəldəcək”

“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya yönəldəcək”
  22 Yanvar 2019    Oxunub:3145
“Əli Kərimlini yaxından tanıyan adamlar yaxşı bilir ki, xaricdən sifariş almasaydı, heç zaman Arif Hacılının, İlqar Məmmədovun qapsında boynunu bükməzdi”. Bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
O, bildirib ki, Kərimlinin sonuncu aksiyasi hakmiyyətin də maraqlarına cavab verirdi. Belə olmasa, hakmiyyət İsgəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Musavat Partiyasına icazə vermədiyi halda Milli Şuraya izn verməzdi.

- Əli Kərimli həmişə müxtəlif xarici dairələrin xidmətində olub. Bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov onun 2003-cü ilin prezident seçkiləri zamanı ABŞ-ın Milli Demokratiya İnstitutunun tapşırığı ilə İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəklədiyini açıqladı. Ki Uest şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqi ABŞ səfirinin tapşırığı ilə təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin, onu yaxşı tanımırlar. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaqlar. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə, onlara məhrumiyyətlər yaşadacaq. O, gəncləri qələbəyə yox, həbsxanalara göndərəcək,- deyə Orduxanlı bildirib.

Onun sözlərinə görə, Əli Kərimlidən soruşmaq lazımdır ki, İngiltərədə yaşayan oğlu ali təhsilini başa vurdugu halda, niyə gəlib əsgərlik xidmətini yerinə yetirmir: “1992-ci il təvəlüdlü oğlu Türkel Kərimlinin hərbi xidmətindən qalmasına Azərbaycanın hüquq-mühafizə orqanları aydınlıq gətirilməldirlər. Ən azından, Əli Kərimlinin oğlu fəraridirsə, bunu onun yanında olan gənclər bilməlidirlər. Oğlunu əsgərlikdən yayındıran bir adamın səmimiyyətinə inanmayın. Bilin ki, bu adam növbəti dəfə gənclərdən istifadə edir”.



Teqlər:





Xəbər lenti