"Taliban" hərbi bazaya hücum etdi – 126 ölü

   "Taliban" hərbi bazaya hücum etdi –    126 ölü
  21 Yanvar 2019    Oxunub:1817
“Taliban” silahlı hərəkatının Əfqanıstan Silahlı Qüvvələrinin Vardak əyalətində yerləşən hərbi bazasına hücumu nəticəsində 120-dən çox hərbçi öldürülüb. Azvision.az xəbər verir ki, bu barədə “Reuters” Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, talibançıların hücumu Vardakın Meydanşəhr şəhərində baş verib. Ölənlərdən 100 nəfərinin Əfqanıstan xüsusi xidmət orqanlarının əməkdaşları olduğu bildirilir.

“Əlimizdə olan məlumata görə, hərbi təlim mərkəzindəki partlayış nəticəsində 126 nəfər ölüb” – nazirliyin rəsmisi bildirib. Onun sözlərinə görə, artıq “Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Lakin Əfqanıstan hökumətinin mətbuat xidməti məlumata şərh verməkdən imtina edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti