Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
Sübh tezdən Şəhidlər xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər.
Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.
Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.
Xatırladaq ki, yanvarın 19-da keçmiş "Məhsul" stadionunda mitinq zamanı Ə.Kərimli tərəfdarlarını yanvarın 20-də saat 15:00-da Şəhidlər xiyabanına gəlməyə çağırıb.
Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, saxlanılan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib. (Trend)
Azvision.az
Teqlər: Milli-Şura Şəhidlər-Xiyabanı