Bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək

Bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək
  19 Yanvar 2019    Oxunub:1981
20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti