Mübariz Qurbanlı Siyəzəndə qəbul keçirəcək

Mübariz Qurbanlı Siyəzəndə qəbul keçirəcək
  17 Yanvar 2019    Oxunub:2160
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Komitədən Azvision.az -a verilən xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Siyəzən şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Mübariz-Qurbanlı   Qəbul  





Xəbər lenti