“Kafalar karışıq” filmi "CinemaPlus” da

 “Kafalar karışıq” filmi "CinemaPlus” da
  17 Yanvar 2019    Oxunub:1420
“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Kafalar karışıq” türk komedia filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilib.
Azvision.az xəbər verir ki, xüsusi maraqlı bir fakt odur ki, baş rol ifaçıları olan məşhur Türk vaynerlər öz obrazlarını əks etdiriblər.

Filmin rejissoru Yücel Yolcu. Baş rollarda Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akin.

Film haqqında qısa məlumat: Atakan, varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq, Busenin illər əvvəl itkin düşmüş atasını tapmaya qərar verir. Keçmiş dostlar Fatih və Bilal da əlbəttə bu macərada Atakana yoldaşlıq edəcəklər. Kafalar, axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal almasıyla hərəkətli və gülməcəli bir macəra başlayacaq.


Azvision.az



Teqlər:





Xəbər lenti