Küləyin sürəti 28- 36 m/s təşkil edir - Bakıya sulu qar yağır

 Küləyin sürəti 28- 36 m/s təşkil edir -    Bakıya sulu qar yağır
  17 Yanvar 2019    Oxunub:3878
17 yanvar saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Azvision.az



Teqlər: ETSN   Qərargah  





Xəbər lenti