Avropa ölkəsi yüzlərlə FETÖ-çüyə sığınacaq verib

   Avropa ölkəsi yüzlərlə FETÖ-çüyə sığınacaq verib
  15 Yanvar 2019    Oxunub:2267
İsveç 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra yüzlərlə FETÖ-çüyə yaşayış və işləmək icazəsi verib.
Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, bu barədə İsveç dövlət televiziyası ölkənin Miqrasiya İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 2015-ci ildə 253, 2016-cı ildə 738, 2017-ci ildə 872, 2018-ci ildə isə 493 Türkiyə vətəndaşı İsveçdən sığınaacq istəyib. Onların böyük əksəriyyətinin FETÖ terror təşkilatı ilə əlaqəsi ortaya çıxıb.

İsveç qanunlarına görə, fasiləsiz iş icazəsi verilən şəxslər 5 ildən sonra bu ölkənin vətəndaşı ola bilərlər.

Azvision.az



Teqlər: İsveç   FETÖ  





Xəbər lenti