ABŞ kürdlərin Dəməşqlə danışıqlarına qarışmır

 ABŞ kürdlərin Dəməşqlə danışıqlarına qarışmır
  14 Yanvar 2019    Oxunub:1816
ABŞ rəsmi Dəməşqlə dialoq aparan kürdlərin mövqeyinə təsir etməyə çalışımır.

Azvision.az xəbər verir ki, bunu Suriya kürdlərinin Moskvadakı rəsmi nümayəndəsi Rəşad Bienaf “RİA Novosti”yə açıqlamasında deyib.
“Rojavadakı rəhbərlik bütün siyasi məsələlərdə sərbəst və müstəqildir. Burada biz yalnız öz qərarlarımız və resurslarımıza arxalanırıq. Odur ki, Amerikanın kürdlərlə Dəməşq arasındakı dialoqun əleyhinə olduğu barədə müxtəlif məlumatlar da yalandır. Xarici qüvvələrin qərarlarından asılı olmayaraq, Şimali Suriyanın bu cür dialoq aparmağa hazır özünüidarəetməsi var” – Bienaf vurğulayıb.

Onun sözlərinə görə, kürdlər ABŞ və onun başçılıq etdiyi beynəlxalq koalisiya ilə yalnız İŞİD-lə birgə mübarizə məsələsini müzakirə edirlər.

Bienaf, həmçinin bildirib ki, hazırda Suriyadakı kürdlərin Bəşər Əsəd hökumətilə apardığı danışıqlar dayandırılıb: “Bizim Suriyadakı rəsmi hökumətlə dialoqumuz, görüşlərimiz oldu. Təəssüf ki, onlar nəticəsiz qaldı, çünki Dəməşq kürdləri tanıyaraq konstitusiyaya dəyişikliklər etməyə, hansısa kompromislərə hazır deyil”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kürd   Suriya   ABŞ  





Xəbər lenti