İki həftədə 23 terrorçu zərərsizləşdirilib

 İki həftədə 23 terrorçu zərərsizləşdirilib
  13 Yanvar 2019    Oxunub:2868
Türkiyə Silahlı Qüvvələri (TSK) son iki həftə ərzində keçirilən antiterror əməliyyatları ilə bağlı məlumat açıqlayıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, ötən ilin dekabr ayının 28-dən bu il yanvarın 11-dək 23 terrorçu zərərsizləşdirilib.

Əməliyyatar nəticəsində terrorçulara məxsus sığınacaq, silah anbarlarına ağır zərbələr endirilib, bir çox düşərgələr dağıdılıb.

Azvision.az



Teqlər: Türkiyə   Terror  





Xəbər lenti