Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilib? - İddia
Azvision.az xəbər verir ki, bu barədə həkim-terapevt Zaur Oruc məlumat yayıb. Onun sözlərinə görə, peyvənd ölkəmizə yanvarın 9-da gətirilib.
"Hər il dünyada qripə qarşı vurulan peyvəndin içərisində 3 ştamp var ki, onlardan biri də H1N1 virusuna qarşıdır. Yəni sırf “donuz qripi”nə qarşı ayrıca peyvənd yoxdur".
Səhiyyə Nazirliyi məlumatı təsdiqləməyib. Nazirlikdən Azvision.az -a bildirilib ki, ümumiyyətlə "donuz qripi"nə qarşı hansısa vaksinasiya mövcud deyil:
“Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqaisədə çox aşağıdır. Ümumi qrip vaksinasiyası var ki, o da planlı şəkildə həyata keçirilməyib. Mövsümi qrip əleyhinə peyvənd var və istənilən vətəndaş özünü klinikalarda peyvənd elətdirə bilər”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Donuz-Qripi Vaksin