Qeyri-adi vəzifəsi olan qız – MÜSAHİBƏ

Qeyri-adi vəzifəsi olan qız – MÜSAHİBƏ
  08 Noyabr 2013    Oxunub:2490
O, Dövlət Agentliyinin əməkdaşlarının dünyagörüşünün artırılması üçün çalışır
Azvision.az xəbər portalının budəfəki müsahibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mədəniyyət məsələləri üzrə müvəkkili Aydan Rzayevadır.

- Mədəniyyət müvəkkilinin üzərinə hansı vəzifələr düşür?

- Dövlət Agentliyinin əməkdaşlarının dünyagörüşünün artırılması məqsədilə müxtəlif mədəni tədbirlərə - muzeylərə, teatrlara, kinoteatrlara səfərlər, mədəni tədbirlərdə iştirakının təmin edilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil edilməsi işi mədəniyyət müvəkkilinin funksiyalarına daxildir. Dövlət Agentliyinin müxtəlif mədəniyyət ocaqları və mədəni tədbirlərin təşkilatçıları ilə daha sıx və keyfiyyətli əlaqələrinin qurulması işi də mənim bu sahədə fəaliyyət istiqamətlərimə daxildir.

- Mədəniyyət müvəkkilinin yaradılması ideyası haradan qaynaqlanır?
- Əməkdaşlarımızın asudə vaxtlarının səmərəli təşkil edilməsi Dövlət Agentliyinin rəhbərliyinin daim diqqət mərkəzindədir. Bizim qurumda çalışan əməkdaşların böyük əksəriyyəti gənclərdir və onlar tərəfindən mədəniyyət məsələlərilə bağlı müxtəlif təklif və layihələr irəli sürülür. Bu cür məsələlərin vahid bir mərkəzdən əlaqələndirilməsi qərara alındı və mən mədəniyyət məsələləri üzrə müvəkkil təyin edildim.

- Yəqin ki, Siz müvafiq mədəniyyət ocaqları ilə də əlaqələr qurmusunuz?
- Əlbəttə, artıq bir çox qurumlarla ilkin razılıq əldə olunub və gələcək əməkdaşlıq istiqamətində müəyyən addımlar atılmışdır.Bildirmək istərdim ki, artıq əməkdaşlarımız öz xidməti vəsiqələrini təqdim etməklə bəzi mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə güzəştli şəkildə iştirak edə bilərlər. Bunun nəticəsidir ki, mütəmadi olaraq əməkdaşlarımız müxtəlif mədəniyyət mərkəzlərində keçirilən tədbir, konsert, teatr və digər proqramlarda iştirak edirlər.
Mədəniyyət müvəkkili kimi üzərimə düşən əsas vəzifə bu proqramlar haqqında vaxtında məlumat əldə etmək, əməkdaşlarımızı məlumatlandırmaq, onların bu cür tədbirlərdə iştirakını təmin etməkdir. Düşünürəm ki, bu yolla əməkdaşlarımız arasında keyfiyyətli və arzuolunan münasibətinin qurulması perspektivdə yeni uğurların əldə olunmasına, komanda işinin formalaşdırılması işinə hədsiz təsir göstərəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti