İran Aİ-nin sanksiyalarına cavab verəcək

İran Aİ-nin sanksiyalarına cavab verəcək
  09 Yanvar 2019    Oxunub:1452
Tehran Avropa İttifaqının terrorizmdə ittiham edilən İran vətəndaşlarına qarşı qəbul etdiyi yeni sanksiyalara cavab olaraq müvafiq tədbirlər görəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi bəyan edib.

“Avropa İttifaqının qərarı təəccüb doğurur. İrana qarşı ittihamlar əsassızdır. İran İslam Respublikası cavab davranışları çərçivəsində Avropa İttifaqının bu addımına qarşı zəruri tədbirlər görəcək”, - deyə Qasemi bildirib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı köhnə qitənin ərazisində sui-qəsd məqsədli təxribatlar hazırladığına görə, İranın Kəşfiyyat Xidməti və konkret olaraq bu qurumun iki əməkdaşına qarşı sanksiyalar tətbiq edib. Bununla da, Avropanın İrana qarşı sanksiya siyahısı genişlənərək 15 fiziki şəxs, 21 qrup və müəssisəni əhatə edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İran   Avropa  





Xəbər lenti