ABŞ İrana qarşı yeni koalisiya yaradır

 ABŞ İrana qarşı yeni koalisiya yaradır
  08 Yanvar 2019    Oxunub:3187
“Bu gündən etibarən Yaxın Şərqin bir sıra ölkələrinə ediləcək səfərlər ABŞ-ın qlobal anti-İran koalisiyası yaratması cəhdlərinin tərkib hissəsi olacaq.”

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Küveytə səfər üçün yola düşməzdən öncə “CNBC” telekanalına müsahibəsində deyib.
“Hazırkı səfərlərin başlıca elementlərindən biri (İrana qarşı) koalisiyanın yaradılması istiqamətində cəhdlərimizin davamıdır. Bu koalisiyaya daxil olacaq Fars körfəzi ölkələri, İsrail, Avropa və Asiya ölkələri başa düşürlər ki, dünyada terrorizmin ən böyük sponsoru olan dövlət (İran) öz pozucu fəaliyyətinə son qoymalıdır” – Pompeo vurğulayıb.

“ABŞ Avropanın İrana qarşı daha sərt yanaşma sərgiləməsinə çalışacaqmı?” sualına cavabında Pompeo bildirib: “Mən görmək istəyərdim ki, bütün dünya ABŞ-ın, Körfəz ölkələrinin və İsrailin səylərini dəstəkləməyə davam edir. Bu, olduqca vacib kampaniyadır, çünki İran rejiminin inqilabi xarakteri bütün dünyaya təhdiddir”.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Farskörfəzi   ABŞ   İsrail   Avropa  





Xəbər lenti