Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO

Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb -    FOTO
  08 Yanvar 2019    Oxunub:6537
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri həbsdə olan blogger Mehman Hüseynovla görüşüblər.

Azvision.az xəbər verir ki, komitənin üzvü Sahib Məmmədov görüşdə çəkdiyi fotonu "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşıb. Görüşün bir saat əvvəl baş tutduğunu bildirib.


Qeyd edək ki, son günlər Mehman Hüseynovun həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlar Penitensiar Xidmət tərəfindən təkzib olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bloggerin normal qidalandığını, aclıq aksiyası keçirmədiyini bildirib.



Azvision.az



Teqlər: Sahib-Məmmədov   Mehman-Hüseynov   Həbs  





Xəbər lenti