Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

 Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək
  08 Yanvar 2019    Oxunub:2874
Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi bildirib ki, vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq.

“Bununla yanaşı, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılaraq onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır. Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”, - deyə N.Allahyarova vurğulayıb.

Azvision.az


Teqlər: Bilet   Avtobus  





Xəbər lenti