Karaqandadakı etirazlar Paşinyanı dilə gətirdi
"Hadisə etniklərarası xarakter daşıya bilməz. Münaqişə edən tərəflər monoetnik olmayıblar. Davaya təşəbbüs edənlər arasında etnik qazax da olub”, - Paşinyan açıqlamasında deyib.
Bundan əlavə, Paşinyan erməni KİV-lərini məlum hadisələrlə bağlı qeyri-dəqiq məlumatlar yaymamağa çağırıb.
Qeyd edək ki, Qazaxıstanın Karaqanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Sözügedən qətl hadisəsi ölkədə böyük rezonans doğurub. Artıq bir neçə gündür ki, qazaxlar vilayətin mərkəzinə toplaşaraq aksiyalar keçirir, ermənilərin ölkədən qovulmasını tələb edirlər.
Azvision.az
Teqlər: Paşinyan Karaqanda Etiraz Qətl