İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  08 Noyabr 2013    Oxunub:1293
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: Yenidən Tacikistan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizə göstərilən yüksək etimada, Sizin yürütdüyünüz, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın, hüquqi qaydanın və qanunçuluğun inkişafına yönəlmiş fəaliyyət xəttinin Tacikistan xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, birgə səylərimiz bundan sonra da bizim mehriban, ənənəvi dostluq münasibətlərimizin genişlənməsinə, xalqlarımızın tərəqqisi naminə ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edəcəkdir".

İlham Əliyev Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik və dost Tacikistanın rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti