Əli Həsənova YAP-da da vəzifə verildi

Əli Həsənova YAP-da da vəzifə verildi
  08 Noyabr 2013    Oxunub:1181
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bir sıra qərarlar qəbul edib.

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

AzVision.az partiyanın saytına istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.

İclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub.

YAP İdarə Heyətinin iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib.
İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında da qərar qəbul olunub.

YAP-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yaradılan komissiyanın adları və rəhbərləri aşağıdakılardır:

- İqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri);

- Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri);

- Humanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov ("Azərsutikinti" ASC-nin sədri);

- Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmov (millət vəkili, BDU-nun rektoru);

- Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini);

- Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva (YAP Qadınlar Şurasının sədri);

- Regional inkişaf üzrə komissiyanın sədri Arif Rəhimzadə (Milli Məclisin Regional məsələlər komitəsinin sədri);

- Beynəlxalq əlaqələr üzrə komissiyanın sədri Bahar Muradova (Milli Məclisin sədr müavini);

- Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri);

- Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü);

- Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı);

- Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü).


Teqlər:  





Xəbər lenti