Amerikalıların 16 faizi ABŞ-ı birdəfəlik tərk etmək istəyir

Amerikalıların 16 faizi ABŞ-ı birdəfəlik tərk etmək istəyir
  05 Yanvar 2019    Oxunub:2586
Amerikalıların 16 faizi ABŞ-ı birdəfəlik tərk edərək daimi yaşamaq üçün başqa ölkələrə köçmək istəyirlər.

Azvision.az xəbər verir ki, “Gallup” analitik və ictimai rəy mərkəzinin apardığı sorğuda bu cür nəticə ortaya çıxıb. Sorğunun nəticələrinə əsasən, ABŞ-ı tərk etmək istəyənlərin əksəriyyəti yaşı 30-dan az olanlardır və onların sırasında qadınlar çoxluq təşkil edir.
Emiqrasiya etmək istəyənlərin 26 faizi daimi yaşayış üçün Kanadanı seçiblər.

Qeyd olunur ki, bu dəfəki nəticə illərdir aparılan oxşar sorğular içərisində ən rekord göstərici olub. Sosioloqların fikrincə, ABŞ vətəndaşlarının 16 faizinin ölkədən birdəfəlik getmək istəyinin səbəbi Donald Trampın hakmiyyətə gəlməsidir. Kiçik Corc Buşun prezidentliyi dövründə bu göstərici 11%, Barak Obama zamanı isə 10% olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   Emiqrasiya   ABŞ  





Xəbər lenti