Qazaxlar ermənilərə qarşı etiraza qalxdı, yollar bağlandı - VİDEO

Qazaxlar ermənilərə qarşı etiraza qalxdı, yollar bağlandı -  VİDEO
  04 Yanvar 2019    Oxunub:64436
Qazaxıstanda 23 yaşlı gəncin ermənilər tərəfindən öldürülməsi etirazlara səbəb olub. Hadisə ilə əlaqədar Karakanda vilayətinin giriş yolu bağlanıb.
Azvision.az xəbər verir ki, yerli KİV-lərdə ermənilərin törətdiyi vəhşiliyin bütün qazax millətinə qarşı yönəldiyi vurğulanıb, sosial şəbəkələrdə etiraz videoları paylaşılıb.



"Youtube" sosial şəbəkəsində paylaşılan videolarda yerli sakinlərin ermənilərə məxsus kafe və restoranları bağladığı görünür. Hazırda vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib.



Başqa bir videoda hadisədə iştirakçı olduqları deyilən şəxslərin gizləndiyi evdə tutulma anı əks olunub.



Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü erməni əsillidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkə üzdə geniş rezonans doğurub.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti