Diplomat həyat yoldaşı ilə birgə yoxa çıxıb

Diplomat həyat yoldaşı ilə birgə yoxa çıxıb
  04 Yanvar 2019    Oxunub:6679
Şimali Koreyanın İtaliyadakı müvəqqəti işlər vəkili Jo Song-il yoxa çıxıb.

AzVision.az “ANSA”ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyat xidməti ölkə parlamentinə məlumat verib. Bildirilib ki, Jo Song-il 2017-ci il oktyabrın 9-dan Şimali Koreyanın İtaliyadakı səfirliyində çalışmağa başlayıb.
Onun səlahiyyət müddəti 2018-ci il noyabrın 20-də başa çatıb. Lakin Jo Song-il həyat yoldaşı ilə birgə elə həmin ayın əvvəlində, səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış yoxa çıxıb.

Cənubi Koreya mətbuatı iddia edir ki, diplomat dekabr ayının əvvəlindən Qərb ölkələrindən sığınacaq istəyib və hazırda İtaliya hökumətinin himayəsindədir.

İtaliya Xarici İşlər Nazirliyi isə bu iddiaları yalanlayıb. Qeyd olunub ki, Şimali Koreyanın heç bir hökumət qulluqçusu İtaliyadan sığınacaq istəməyib.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Şimali-Koreya   İtaliya   Diplomat  





Xəbər lenti