10 minədək hərbi qulluqçu övladı bayram şənliyində - FOTO

10 minədək hərbi qulluqçu övladı bayram şənliyində -  FOTO
  02 Yanvar 2019    Oxunub:2562
Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.













Azvision.az


Teqlər: Ordu   Hərbçi   MN  





Xəbər lenti