İlham Əliyev Marqvelaşvilinin andiçməsinə dəvət edildi

  07 Noyabr 2013    Oxunub : 645
İlham Əliyev Marqvelaşvilinin andiçməsinə dəvət edildi
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvət olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze AzVision.az-a bildirib ki, Gürcüstan XİN-in müvafiq dəvət məktubu noyabrın 1-də Azərbaycan prezidentinə göndərilib.

T.Şaraşenidze şəxsən dəvəti özü təqdim etdiyini bildirib: `Şəxsən öz əlimlə təqdim etmişəm`- deyə, səfir açıqlamasında bildirilib.

Eyni zamanda səfir qeyd edib ki, Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıblar.

AzVision.az

Teqlər: