DYP bayram axşamı reyd keçirdi - Sürücülər cərimələndi

  DYP bayram axşamı reyd keçirdi -    Sürücülər cərimələndi
  01 Yanvar 2019    Oxunub:2878
Bərdə rayonunda sürücülərə qarşı reyd keçirilib.
Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbir bayram axşamı yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədi daşıyıb.

Gecə saatlarına qədər davam edən reyd zamanı 20-yə yaxın sürücüyə protokol tərtib olunub. Bir neçə avtomobil isə müvəqqəti saxlama dayanacağına yerləşdirilib.

Reydlər bir neçə gün davam edəcək. (Report)

Azvision.az



Teqlər:





Xəbər lenti