Pentaqon Yeni il zarafatına görə üzr istədi

Pentaqon Yeni il zarafatına görə üzr istədi
  01 Yanvar 2019    Oxunub:5027
Amerikalılar Pentaqonu Yeni il ərəfəsi etdiyi zarafata görə şiddətlə qınayıblar.
Belə ki, Pentaqonun Twitter hesabında yolka bəzəyindən də böyük bir əşyanın atılmasına hazırlığın gedilməsi ilə bağlı mesaj sosial şəbəkədə böyük narahatlığa səbəb olub. Mesaj B-2 təyyarələrinin bomba görüntüsünü əks etdirən video qeyd ilə təqdim olunub.

Yeni il ərəfəsi ənənəvi olaraq baş tutan Nyu-Yorkdakı Times meydanında şənlik topu salmaq mərasimi uğursuz zarafatın qurbanı olub. Amerikalılar sosial şəbəkələrdə edilən zarafatı qınayıb 11 sentyabr terrorunu xatırladıqlarını bildiriblər və Pentaqonu terroru məsxərəyə salmaqda günahlandırıblar.

ABŞ silahlı qüvvələrinin strateji komandanlığı sosial şəbəkələrdə zarafatla bağlı yaranmış narahatlığa görə üzr istəyib və mesajı hesabdan silib.

Azvision.az


Teqlər: Pentaqon  





Xəbər lenti