“Azərenerji” əməkdaşları bayramda belə çalışır - VİDEO

“Azərenerji” əməkdaşları bayramda belə çalışır -    VİDEO
  01 Yanvar 2019    Oxunub:2292
"Azərenerji" ASC bayram günü Mərkəzi Dispetçer Məntəqəsinin fəaliyyət göstərməsi ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, ölkənin bütün elektrik enerji sistemi, istehsal, ötürmə və paylamanın idarə edildiyi Mərkəzi Dispetçer Məntəqəsində əməkdaşlar gücləndirilimiş iş rejimində çalışır.

Bu dəqiqələrdə 31 dekabr 2018-ci il bayram axşamı "Azərenerji" rəhbərliyinə daxil olan şəxslər, peşəkar mütəxəssislər iş başındadır.



Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli üzrə bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

“Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.

Azvision.az



Teqlər: Azərenerji  





Xəbər lenti