Dövlət Xidmətinin gördüyü işlər yüksək qiymətləndirilib
Bildirilib ki, görüşlərdə qaldırılan və Xidmətin səlahiyyətinə aid olan məsələlər vaxtında öz həllini tapır. Həmçinin sakinlər SHXÇDX-də vətəndaş süründürməçiliyi və korrupsiya faktı ilə rastlaşmadıqlarını deyiblər. Bundan başqa, sorğuda iştirak edənlərdən bir qismi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara təklif edilən elektron xidmətlərdən zərurət olmadığı üçün istifadə etmədiklərini bildiriblər.
Sorğuda iştirak edənlər tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən görülən işlər yüksək qiymətləndirilib.
Azvision.az
Teqlər: SHXÇDX