Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

 Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
  29 Dekabr 2018    Oxunub:5442
Bakıda aeroport yolunda yol qəzası baş verib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, KİA markalı avtomobil hərəkətdə olarkən 160 saylı sərnişin avtobusunun qarşısına çıxıb və avtobus avtomobilə çırpılıb. KİA-dan qopan metal parçası arxadan gələn digər avtomobilə dəyib və həmin avtomobilin təkəri partlayıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   Avtobus  





Xəbər lenti