Energetika nazirinə yeni müavini təyin olundu

  Energetika nazirinə yeni müavini təyin olundu
  28 Dekabr 2018    Oxunub:3436
Elnur Soltanov energetika nazirinin müavini təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

E.Soltanov bu vəzifədə noyabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə azad edilmiş Natiq Abbasovu əvəz edib.

Buna qədər, E.Soltanov ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, eləcə də Universitetin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı işləyib.

Azvision.az



Teqlər: Nazirlik   Energetika  





Xəbər lenti