ARDNŞ ekologiya sahəsində yeni layihəyə start verdi

ARDNŞ ekologiya sahəsində yeni layihəyə start verdi
  07 Noyabr 2013    Oxunub:903
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Ecorem" şirkəti ilə birlikdə "Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların remediasiyası və reabilitasiyası üzrə məsləhət xidmətləri" layihəsinə start verib.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bununla bağlı ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə "Ecorem" şirkətinin baş direktoru Stefan Helsenlə görüş keçirib. Görüş zamanı bildirilib ki, layihə çərçivəsində çirklənmiş torpaqların ətraf mühitə təsirinin qiymətləndirilməsi, risklərin modelləşdirilməsi, optimal monitorinq və remediasiyası texnologiyalarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

ARDNŞ-nin vitse-prezidenti R.Hüseynzadə layihə çərçivəsində çirklənmiş toprpaqların təmizlənməsi üzrə ümumi yanaşmanın müəyyənləşdirilməsi və mümkün təmizləmə texnologiyalarının seçilməsi üzrə tövsiyələrini bildirib. "Ecorem" şirkətinin icraçı direktoru S.Helsen layihə üzrə görüləcək işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, "Ecorem" şirkətinin nümayəndələri 4-5 noyabr 2013-cü il tarixlərində Bakıda keçirilən "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" adlı beynəlxalq konfransında iştirak ediblər.


Teqlər:





Xəbər lenti