“Erməni diasporlarının həmlələrinin qarşısı alınacaq” - Komitə sədri

 “Erməni diasporlarının həmlələrinin qarşısı alınacaq” -    Komitə sədri
  27 Dekabr 2018    Oxunub:1962
Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, xarici ölkələrdəki təşkilatlarımız Komitə ilə yaxın münasibətlər qurmaqla dövlətə, xalqa, milli dəyərlərə sahib olmaq yolunda iri addımlarla hərəkət edə biləcəklər:

"Tərəfimizdən aparılan təhlillərin ilkin nəticələri göstərir ki, diaspor təşkilatlarında səmərəli və effettiv fəaliyyət üçün təməlli motivasiya yaranıb. Yeni yaradılan Koordinasiya Şuralarında əlaqələndirmə sahəsində mühüm addımlar atılır. Təşkilatlar ayrı-ayrılıqda fəaliyyət konsepsiyalarının hazırlanmasına başlamaqla, təmsil olunduqları ölkələrdə yalnız milli-mənəvi dəyərlərin deyil, Azərbaycan həqiqətlərinin də təbliğini, erməni diaspor təşkilatlarının həmlələrinin qarşısını almağı və yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına nüfuz etməyin perspektivlərini dəqiqləşdirirlər.

Möhkəm təşkilatlanma, dayanıqlı fəaliyyət, xarici ölkələrin siyasi-iqtisadi həyatında önəmli yerlərə ucalmaqla təsir imkanlarının genişləndirilməsi yeni mərhələ üçün bir məqsəddir, hədəf isə bütün təşkilatlar üzrə tədricən lobbiçilik ənənələrinə keçidin təmin olunması ilə Azərbaycan dövlətinin və xalqının mənafelərinin, milli maraqlarının qorunmasıdır".

Azvision.az



Teqlər: Diaspora  





Xəbər lenti