Maliyyə nazirindən Səlim Müslümova mesaj

Maliyyə nazirindən Səlim Müslümova mesaj
  06 Noyabr 2013    Oxunub:1107
“Millət vəkilləri tərəfindən verilən təkliflərə baxılacaq. Təkliflər verilir və bəzi təkliflər nəzərə alınır”.
AzVision.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib. O, hansı sahədə təkliflərin qəbul ediləcəyindən danışmasa da bildirib ki, nazirlik tərəfindən bəzi təkliflər nəzərə alınıb:

“Onların araşdırılmasına, təhlil edilməsinə vaxt gərəkdir və bu məsələlər Maliyyə Nazirliyinə aid deyil, hökümətin digər qurumlarına da aiddir. O qurumlarında təklifləri nəzərə alınmaqla qəbul ediləcək. Məclisdə səslənən təkliflər, irəli sürülən məsələlər araşdırılır, bu büdcə ili olmasa da gələn büdcə illərində bu nəzərə alınar”.

Ünvanlı sosial yardımdan struktur dəyişikliyi edilməsi ilə bağlı danışan nazir bildirib ki, əgər ünvanlı sosial yardımın verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər verilərsə, onlara baxıla bilər. Nazir bildirib ki, təhsil sisteminə konkret islahatların aparılmasına dair strategiyada nəzərdə tutulan hədəflərə nail olmaqdan ötrü vəsaitlər artırılıb:

“Bu sənəd çərçivəsində konkret istiqmatlər üzrə fəaliyyət proqramları hazırlanacaq. Söhbət ali , həm orta, məktəbəqədər və peşə təhsili üzrə fəaliyyət proqramlarının hazırlanmasından gedir. Bu iş üzrə aidiyyatlı qurumlar tərəfindən iş aparılır”.

İpoteka kreditlərində bank faizlərinin yüksək olması məsələsinə toxunan S.Şərifov bildirib ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır: “Banklara demək olmaz ki, faizləri aşağı sal. Lakin hökümətin Sahibkarlığa kömək Milli Fondu vasitəsilə daha aşağı şərtlərlə kredit verilir. Şübhəsiz ki, bu da bazara müəyyən təsir göstərir ki, kreditlər üzrə faiz dərəcələri azalsın. Yəqinki bu yollarla kommersiya banklarını sövq etməliyik ki, onlar faiz dərəcələrini bir qədər azaltsınlar”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti