“Haqqani” qruplaşmasının liderlərindən biri məhv edilib

“Haqqani” qruplaşmasının liderlərindən biri məhv edilib
  25 Dekabr 2018    Oxunub:3722
Əfqanıstanda hökumət və ABŞ başda olmaqla, NATO qüvvələrinin ölkədəki mövcudluğuna qarşı vuruşan “Haqqani şəbəkəsi” silahlı qruplaşmasının liderlərindən biri məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Əfqanıstan hərbi hava qüvvələrinin zərbəsi nəticəsində “Haqqani şəbəkəsi” terror qruplaşmasının hərbi və logistik əməliyyatlarına cavabdeh olan Sayfulla digər 6 nəfərlə (terrorçu) birlikdə məhv edilib” –deyə bildirilib.

Radikallar Əfqanıstanın cənub-şərqindəki Paktika əyalətində aparılan hərbi əməliyyatlar zamanı zərərsizləşdirilib.

Qeyd edək ki, ABŞ 2012-ci ildə “Haqqani şəbəkəsi”ni terror təşkilatı kimi tanıyıb.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Haqqani   Əfqanıstan   ABŞ   NATO  





Xəbər lenti